Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişikliklərini davam etdirir.
FED.az xəbər verir ki, prezidentin bu gün imzaladığı sərəncamlarla komitənin 2 məşhur sədr müavini işdən azad edilib.
Dövlət başçısının sərəncamı ilə Əsgər Həsən oğlu Abdullayev Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
Digər sərəncamla isə digər sədr müavini İqbal Babayev sədr müavini vəzifəsindən çıxarılıb.