"ASAN Pay" sistemi vasitəsilə gömrük ödənişlərinin həyata keçirilməsinə başlanılıb.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) texnoloji innovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abasov deyib: "Artıq bütün hazırlıq işləri tamamlanıb, yaxın günlərdə sistemə qoşulma baş tutacaq. Bu sistemə inteqrasiya vətəndaşların rahatlığına, məmur-vətəndaş təmasının minimuma endirilməsinə xidmət edir".
A.Abasov bildirib ki, artıq bununla bağlı "Azərpoçt" MMC ilə müqavilə imzalanıb: "İdxal və ixrac xəttində ödəniş xidməti ayrılıqda həyata keçiriləcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almağa kömək edir".