Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur və “Global Firepower” portalının hazırladığı 2023-cü il üçün dünya ordularının reytinqinə əsasən Rusiya və Ukrayna ilə birlikdə postsovet məkanında ən güclü orduların üçlüyünə daxildir.
Ovannisyan: "Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib"
FED.az xəbər verir ki, Azərbaycan reytinqdə 57-ci, Gürcüstan 85-ci, Ermənistan 94-cü pillədə qərarlaşıb.
Azərbaycan tank, reaktiv yaylım atəş sistemi və özüyeriyən artilleriya qurğularının sayına görə dünya ölkələri arasında 30-cu yerdədir. “Global Firepower”in qiymətləndirmələrinə görə, Bakının 920 tankı (25-ci yer), 323 reaktiv yaylım atəş sistemi (18-ci yer) və 167 özüyeriyən artilleriya qurğusu (28-ci yer) var.
“Global Firepower”in versiyasına görə, planetin ən güclü ordularının ilk onluğuna ABŞ, Rusiya, Çin, Hindistan, Böyük Britaniya, Cənubi Koreya, Pakistan, Yaponiya, Fransa və İtaliya daxildir.
Türkiyə 11-ci, İran 17-ci yerdədir.
Ukrayna 15-ci, Belarus 60-cı, Özbəkistan 62-ci, Qazaxıstan 63-cü, Türkmənistan 82-ci, Litva 93-cü, Latviya 95-ci, Estoniya 104-cü, Qırğızıstan 107-ci, Tacikistan 120-ci, Moldova 143-cü pillədə qərarlaşıb. (İnterfaks-Azərbaycan)