“Biz münaqişəni sülh yolu ilə həll etməyə hazırıq. Ancaq danışıqlar danışıq aparmaq xatirinə olmamalıdır”.
FED.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Qovorit Moskva” radiostansiyasına müsahibəsində deyib.
Eləcə də bax: Cəbhədə döyüşlər davam edir, Azərbaycan Ordusunun baş leytenantı - ŞƏHİD OLUB - VİDEO
“Dünən Azərbaycan növbəti itkilər verib. Biz bunu gizlətmirik. Məsələni həll etmək lazımdır. Bunun üçün substantiv danışıqlar aparılmalıdır. Məsələ həll olunmadıqca belə hallar baş verə bilər. Yenə də təkrar etmək istəyirəm, bu, genişmiqyaslı müharibəyə yol aça bilər”, - P.Bülbüloğlu bildirib. (Report)