Dövlət

Gəncəyə yeni baş memar - TƏYİN EDİLDİ

Gəncəyə yeni baş memar - TƏYİN EDİLDİ | FED.az
17:02 7 Noy 2018

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun imzaladığı əmrə əsasən, bu vəzifəyə Elxan Məmmədov təyin edilib.

Şəhərin əvvəlki baş memarı Əli Rüstəmli olub.

N.Bayramovun digər əmri ilə icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri vəzifəsinə Səbinə Axundova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə isə Ramil Orucovtəyin edilib.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Digər xəbərlər