Koronavirus təhlükəsi ilə əlaqədar olaraq rayonların ərazilərinə giriş-çıxış məhdudlaşdırılıb.
FED.az xəbər verir ki, Gəncə şəhəri və Ağdam rayonunun girişində artıq polis postları qurulub. Səsgücləndirici vasitəsilə 27 mart saat 8:00-dan etibarən rayonların ərazisinə giriş-çıxış olmayacaq. Ehtimal olunur ki, digər rayonlarda da karantin rejimi tətbiq olunacaq. Vətəndaşları bu qaydalara əməl etməyə çağırırıq.
Atılan addımlar hər birimiz üçün virusdan qorunma və təhlükəsizlik məqsədi daşıyır.