Gələn il Azərbaycan dövlətinin büdcə gəlirləri və xərclərinin nə qədər olacağı məlum olub.
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2020-ci il üzrə icmal büdcə xərclərinin yuxarı həddi büdcə qaydasına uyğun olaraq 28192 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 821,1mln. manat vəya 3 faiz çoxdur.
2020-ci ildə icmal büdcə gəlirləri27605,3mln. manatməbləğində proqnozlaşdırılır. Müvafiq olaraq, icmal büdcə kəsrinin 586,7mln. manat olacağı gözlənilir. 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25617,7 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7mln. manat çoxdur.