Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.
FED.az xəbər verir ki, dövlət başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Prezident Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub.
Sonra İlham Əliyev və Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, burada ağac əkiblər. Dövlət başçısı ilk yaşayış binalarının təməlini qoyub. Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyulub.