Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən mənzil-tikinti kooperativinə məxsus yaşayış binasında plandankənar yoxlama keçirib.
FED.az xəbər verir ki, bu zaman yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yaşayış binasının yeraltı avtodayanacaq sahəsində xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.