Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və tabeliyində olan qurumların işçilərinin say həddi müəyyənləşib.
Eləcə də bax: Prezident ETSN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında - FƏRMAN İMZALAYIB
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında imzaladığı fərmanda öz əksini tapıb.
Fərmana əsasən, ETSN-in Aparatının işçilərinin say həddi 165 ştat vahidi, regional orqanlarının və yerli bölmələrinin işçilərinin say həddi 506 ştat vahidi, ETSN yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Aparatının işçilərinin say həddi 55 ştat vahidi, ETSN yanında Meşələrin İnkişafı Xidmətinin Aparatının işçilərinin say həddi 40 ştat vahidi, ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin Aparatının işçilərinin say həddi 40 ştat vahidi və ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Aparatının işçilərinin say həddi 36 ştat vahidi müəyyən edilib.