“Bizim üçün onların (Qarabağın) öz müqəddəratını təyin etmək hüququnun tanınması və onun həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir, bu, onların öz müqəddəratını təyin etmək hüququnu həyata keçirməsinə gətirib çıxaracaq və onların azad yaşamalı və hamı tərəfindən tanınmış müstəqil ölkə kimi öz taleyini həll etməli olması reallığını təmin edəcək”.
FED.az xəbər verir ki, bu barədə Moskvadakı danışıqlar başa çatdıqdan sonra bu ölkənin XİN başçısı Zograb Mnatsakanyan Ermənistan İctimai Televiziyasına bildirib.
Ceyhun Bayramovla atəşkəsdən danışan erməni nazir - Təyyarəsində Ermənistana Raket Gətirib
Beləliklə, rəsmi Yerevan əvvəlki kimi mərhələli həll variantını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini qəbul etmədiyini göstərir.
Moskvada 11 saat davam edən, Rusiyanın diplomatik uğur kimi qələmə verdiyi danışıqların yekunu budur. Əslində Yerevan yenidən öz mövqeyini müdafiə etmək üçün fasilə verir.
Sazişin mətninə gəlincə, Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsdərliyi formatının qorunub saxlanması, Ankaranın nizamlanmaya buraxılmaması zərurətini qeyd edib. “Heç bir başqa qüvvə, xüsusən də Türkiyə hər hansı rol oynaya bilməz”, deyə Mnatsakanyan bildirib.
Danışıqlara yekun vuran nazir onları “ciddi təhdidi, həmvətənlərimizin fiziki təhlükəsizliyi üçün təhdid yaradan vəziyyəti” aradan qaldırmaq cəhdi kimi qiymətləndirib.