“Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”.
Eləcə də bax: Ermənistan tərəfi qəbiristanlığı qəsdən atəşə tutub
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.
O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına amansız hücumu nəticəsində yaralı mülki şəxslərin sayı 5-ə yüksəlib.
“Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı? Əlbəttə ki, yox!”, - deyə H. Hacıyev qeyd edib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 5 nəfər yaralanıb. (Apa)