Azərbaycan tərəfi, Prezident İlham Əliyevin Ermənistanla potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması barədə açıqlamalarına Ermənistandan cavab gözləyir.
FED.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuata açıqlamasında deyib. O xatırladıb ki, prezident bir neçə gün əvvəl Azərbaycan mediasına geniş müsahibəsində digər məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasındakı münasibətlərə də toxunub.
“Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasının əsasını təşkil edə biləcək məsələlər, potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxundu. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik”, - o qeyd edib.