"Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar bizə deyilmir".
Eləcə də bax: İlham Əliyev Türkiyə kanalına müsahibə verir - CANLI
FED.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində aparıcının atəşkəs çağırışları ilə bağlı sualını cavablandırarkən bildirib.
Azərbaycanın bu müzakirələrdə 30 ilə yaxındır ki, ümidlərlə iştirak etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplər əsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrin mərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da sülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü Ermənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz”.