Banner

Dövlət

Ermənistana məxsus iki ədəd taktiki PUA - MƏHV EDİLİB

Ermənistana məxsus iki ədəd taktiki PUA - MƏHV EDİLİB | FED.az
10:13 21 İyul 2020

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Eləcə də bax: Ermənilər Gədəbəyi - ATƏŞƏ TUTDULAR

Bu barədə FED.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Digər xəbərlər

Banner