"Ermənistan münaqişənin coğrafi əhatəsini genişləndirmək istəyir".
Eləcə də bax: Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib - FOTO
FED.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə öz tvitter hesabında yazıb.
"Ermənistan Naxçıvanın Ordubad bölgəsinə raket hücumu həyata keçirib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir. Hərbi əməliyyatlar getdiyi bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərinə raket zərbələri endirirlər. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür",-deyə Prezidentin köməkçisi qeyd edib. (Qafqazinfo)