Oktyabrın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.
Eləcə də bax: "Azərbaycan HHQ düşmənin atdığı raketlərin çoxunu havada məhv edir"
Azərbaycan Silahlı qüvvələri Ermənistan tərəfinin döyüşlərdə «İskəndər» taktiki raketlərindən istifadə edəcəyini istisna etmir.
FED.az xəbər verri ki, bu Müdafiə Nazirliuində oktyabrın 6-da keçirilən müşavirədə məlum olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xüsusi xidməti müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunub və düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb.
Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib.
Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.