Bu gün Tovuzun Ağdam kəndi Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.
FED.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri bu gün kəndi iriçaplı silahlardan atəşə tutub. Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə dəyib.
Axşam saatlarından başlayaraq, Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterlər havaya qalxıb. Aldığımız məlumata görə, ermənilər cəbhəboyu ərazilərdə yanğınlar da törədib.
Müdafiə Nazirliyindən məlumatı dəqiqləşdirməyə çalışırıq.