Oktyabrın 9-da Moskvada əldə edilən atəşkəs razılaşması həm də erməni qoşunlarının işğal olunan ərazilərdən mərhələlərlə çıxmasını nəzərdə tutur.
FED.az xəbər verir ki, bu barədə Xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dünənki razılaşmada danışıqların baza prinsipləri əsasında aparılması nəzərdə tutulub.
«Baza prinsiplərinin tərkib hissəsi işğalçıların mərhələlərlə rayonlardan çıxarılmasını nəzərdə tutur. Prezident də dəfələrlə demişdi ki, bizim üçün vacib məqam ondan ibarətdir ki, erməni qüvvələri işğal olunmuş rayonlardan çıxarılmalıdır»-deyə nazir bildirib. .
Onun sözlərinə görə, bu proses mərhələlərlə baş verə bilər: «İlk rayon, daha sonra iki rayon, insanların oraya qayıdışı və icmaların birgə yaşayışı və digər məsələlərin növbəti mərhələlərdə həll olunması və sair nəzərdə tutulur. Bu baza prinsipləri də, hansı ki, dünən qəbul edilən sənəddə əksini tapıb, bu məhz cədvəl (erməni qüvvələrinin rayonlardan çıxzarılmasının qrafiki – FED.az) anlamına da gəlir».