Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini raket atəşinə tutması nəticəsində dinc sakinlər, mülki obyektlərdə yanaşı, biznes və istehsatal obyektlərinə də ciddi zərər dəyir.
FED.az xəbər verir ki, erməni tərəfinin raket atəşləri nəticəsində Azərbaycanın ən böyük pambıq istehsalı və emalı şirkətlərindən olan «MKT» İstehsalat və Kommersiya şirkətinin Tərtər filialına da zərər dəyib. Erməni tərəfinin bu gün oktyabrın 19-da atdığı raket mərmilərindən biri Tərtər pambıq zavoduna düşüb.
«MKT»dən FED.az-a veridən məlumata görə, zərbə nəticəsində zavodun istehsalat və anbar sahələrinə zərər dəyib.
Şirkətdən bildirilib ki, zərbə nəticəsində insan tələfatı olmayıb. Çünki mövcud vəziyyətlə – Tərtərin ermənilər tərəfindən davamlı atəşə tutulması ilə əlaqədar olaraq müəssisə müvəqqəti olaraq fəaliyyətni dayandırmışdı və atəş zamanı zavodda işçilər olmayıb.
Qeyd edək ki, müəssisə Qarabağda Ermənistan tərəfinin təxribatı nəticəsində başlayan hərbi əməliyyatlar səbəbindən Tərtərdə yerli fermmerlərdən pambıq qəbulunu da dayandırıb. Baxmayaaq ki, hazırda pambıq yığımının ən qızğın vaxtıdır.
Hələlik şirkətə dəyən zərər məlum deyil, bu bir qədər sonra hesablanacaq.