Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. O, dekabrın 4-də Aya Sofya məscid muzeyində çıxış edərkən bununla bağlı məlumat vermişdi.
Eləcə də bax: Ərdoğan Qələbə paradında - İştirak Edəcək
FED.az xəbər verir ki, R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə dekabrın 10-da Bakının Azadlıq Meydanında təşkil olunacaq Zəfər paradında Azərbaycanın işğal altındakı torpaqlarını 30 il sonra azad edən qəhrəman əsgərləri salamlayacaq.
Bundan başqa, “Haber Global”ın məlumatına görə, Ərdoğan səfər zamanı İlham Əliyevlə görüş keçirəcək.
“Haber 7”nin yaydığı məlumata əsasən, görüş zamanı müzakirə olunacaq əsas mövzulardan biri də Azərbaycan və Türkiyə arasında Naxçıvan vasitəsilə nəqliyyat kommunikasiyalarının qurulması olacaq. Tərəflər bu məsələ ilə bağlı qısa zamanda addımlar atmaq niyyətindədir.
Qeyd edək ki, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyalarının qurulması məsələsi noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli Bəyanatda öz əksini tapıb. (Oxu)