Əmtəə bazarının səmərəliliyi üzrə işçi qrupun növbəti iclası keçirilib
FED.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirlib.
İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirilmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin icrası ilə bağlı təqdimat keçirilib.