Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub.
Eləcə də bax: Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən - AZAD EDİLİB
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən xəbərə görə, bununla bağlı bu gün Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Qeyd edək ki, ötən gün Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilib.
Xatırladaq ki, Elman Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri olub.