Prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib.
FED.az əldə etdiyi məlumata görə, Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına Namiq Həsən oğlu Əliyev təyin olunub.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasından xəbəri saytımıza təsdiq ediblər.
Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada sabiq fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. (MediaPost)