Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi-şöbə müdiri Əli Həsənov tutduğu vəzifədən azad edilməsi ilə bağlı fikirlərini bölüşüb.
Eləcə də bax: Prezident daha bir məmuru - İŞDƏN AZAD ETDİ
FED.az Əli Həsənovun facebook hesabında paylaşılan həmin fikirləri təqdim edir.
Xüsusi olaraq vurğulayım ki, mən öz siyasi karyerama Heydər Əliyev kursunun sadiq əsgəri kimi başlamış, 25 il bu kursa, bu kursun davamçısı olan cənab İlham Əliyevə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu kursa xidmət edəcəyəm. Mənim Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin yürütdüyü siyasətə sədaqətim dəyişməzdir. Hər kəsin bilməsini istəyirəm ki, mən həmişə Heydər Əliyev ideyalarının daşıyıcısı, İlham Əliyevin siyasi kursunun dəstəkçisi olaraq qalacağam. Azərbaycanda başlamış yeniləşmə kursuna inanır, həyata keçirilən islahatların ölkəmizə və xalqımıza uğurlar gətirəcəyinə əminliyimi ifadə edirəm.