Sentyabrın 21-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
İclasda 2022-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələri, 2021-2025-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, həmçinin Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun 2022-ci il üçün büdcə layihələri müzakirə olunub.