Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər. Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Bakıda keçirilən 19-cu iclasının gündəliyində duran məsələlərə toxunulub.
Tərəflər həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər