Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.
Eləcə də bax: Azərbaycan və Rusiya Baş nazirləri Moskvada görüşüb - FOTO
Bu barədə FED.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.