Baş nazir Əli Əsədov Qazaxıstan Baş naziri Oljas Bektenovun dəvəti ilə bu gün Almatı şəhərinə işgüzar səfər edib.
Bu barədə FED.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Almatı Beynəlxalq Hava Limanında Ə.Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.
Əli Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək. O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.