Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı silahlardan istifadə etməklə bu gecə atəşkəs rejimini yenidən pozub.
Eləcə də bax: “Generalın qisası alındı” - PREZİDENT
FED.az xəbər verir ki, hazırda düşmən ordusu iriçaplı silahlardan, eləcə də artilleriya qurğularından Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndini atəşə tutur.
Qeyd olunub ki, düşmən ordusu tərəfindən atılan mərmilərdən biri Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində yerləşən evin həyətinə düşüb. Hazırda atışma davam edir.
Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.
Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir. (Report)