İşğaldan azad edilmiş kəndlərdə dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə təşkil olunur.
Sərhədçilərimiz Qazaxın 4 kəndini - NƏZARƏTƏ GÖTÜRDÜ - RƏSMİ
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən FED.az-a bildirilib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin diplomatik məharəti, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Qazax rayonunun işğaldan azad edilmiş və dövlət başçısının növbəti ali tapşırığına uyğun olaraq DSX tərəfindən nəzarətə götürülmüş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin ərazilərində dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə aparılır.