Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni sözçü təyin olunub.
Eləcə də bax: Dövlət Agentliyində yeni - KADR TƏYİNATI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.
Əmrə əsasən, Nuridə Allahyarova Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri təyin edilib.
Qeyd edək ki, N Allahyarova əvvəllər "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti və.s qurumlarda çalışıb.