Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu xarici ölkələrdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir.
FED.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda və qurumun regional sınaq laboratoriyalarında bioloq, mikrobioloq, virusoloq, kimyaçı, aqronom, həkim laborant, sanitariya həkimi, epidemioloq, toksikoloq, molekulyar bioloq, torpaqşünaslıq, iqtisadiyyat, maliyyə və mühasibat uçotu, idarəetmə üzrə mütəxəssis, baytar həkimi və fitosanitar mütəxəssis ixtisasları üzrə (yaş həddi 23- 50) yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur.
Eləcə də bax: Bakıda təbii qida biznesi - VİDEO
Müraciət etmək istəyən şəxslər 19.11.2018-ci il tarixindən 24.12.2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.
Ünvan: Bakı şəh., S.S.Axundov küç. 73c. Əlaqə nömrəsi: (012) 565-12-82 (573), (530). email: [email protected]