Dövlət qulluqçularına pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmağa icazə verilməyəcək.
Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin maaşları artırılıb - SİYAHI - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, dövlət qulluqçusunun elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq hüququ var.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. (Apa)