Azərbaycanda dövlət qulluğunda çalışanlar əvvəlcədən müəyyən edilən müddətdən sonra avtomatik dəyişdirələcək və onlar başqa vəzifələrə keçiriləcək, bu proses mütəmadi davam edəcək.
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulur.
Büdcə təşkilatlarında işləyənlərin - MAAŞLARI ARTIRILACAQ
Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərdən biri də dövlət qulluqçularının rotasiyası qaydasının yaradılmasıdır. Bunun üçün həmin qaydanı tənzimləyən normativ hüquqi bazanın
Formalaşdırılması gözlənilir. Bu iş Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Ədliyyə Nazirliyinə həvalə edilib. Plana əsasən bu mexanizm və hüquqi baza 2023-cü ildə yaradılacaq.
Məqsəd dövlət qulluqçularının potensialından düzgün istifadə edilməsi və inkişafının təmin olunması, habelə şəffaflığın və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir.