Dövlət

Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti - İCLASI KEÇİRİLİB

Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti - İCLASI KEÇİRİLİB | FED.az
19:34 20 Avq 2020

Bu gün Azərbaycan Respublikasının Baş Naziri,  Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın video formatda növbəti iclası keçirilib.

Eləcə də bax: Neft Fondundan büdcəyə əlavə pul ayrılacaq - MƏBLƏĞ AÇIQLANDI

FED.az Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, İclasda AR DNF-in 2020-ci ilin yeddi ayı ərzində fəaliyyətinin yekunları və Fondun 2020-ci il üçün büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib. Həmçinin iclasda yeni çağırışlar fonunda DNF-in uzunmüddətli dayanıqlığı məsələləri də ətraflı müzakirə olunub.

Dünya bazarında neftin qiymətinin dəyişməsi, OPEK+ anlaşması üzrə hasilatın azalması və Dövlət büdcəsinin dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə də yenidən baxılması zərurətini yaradıb.

DNF-nin büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə Müşahidə Şurası tərəfindən məqsədəmüvafiq hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda qərar qəbul edilib.

"APA"

Digər xəbərlər