Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhərinin Nəsimi rayon Məşğulluq Mərkəzində aparılan nazarət tədbirləri nəticəsində sözügedən qurumun dövlət büdcəsindən 2 857,04 manat məbləğində vəsaitin əsassız yerə xərcləndiyi məlum olub.
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, yoxlama dövrü 01.01.16 - 01.07.18 tarixlərini əhatə edib. Məsələ Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Xatırladaq ki, ümumiyyətlə, 2018-ci ildə dövlət büdcəsindən 7 mln. manat vəsait əsassız xərclənib.
Eləcə də bax: «Onu məcbur edə bilmərik ki, sizə pul versin» - «DİQLAS»IN SAHİBLƏRİ BAKIYA ÇAĞRILIBLAR