Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə deyilir ki, Komitənin “Smart Customs” mobil tətbiqinin və https://e.customs.gov.az/ portalının fəaliyyətində texniki problemlər yaranıb.
“Hazırda mütəxəssislər müvafiq tədbirlər görür və yaxın saatlarda problem aradan qaldırılacaq. Müvəqqəti çətinliyə görə üzr istəyirik”,- deyə qurum bəyan edib.