Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyevin daha bir Sərəncamı ilə Natiq Telman oğlu Şirinov sədrin müavini təyin olunub.