1915-ci il hadisələri ilə əlaqədar ABŞ prezidenti Co Baydenin "soyqırımı" olaraq xarakterizə etdiyi son açıqlamalarının məqsədi ABŞ-ın məhkəmələri qarşısında Türkiyənin "suveren immuniteti"nə təsir etmək olmayıb.
FED.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ağ Ev rəhbərinin 24 apreldəki bəyanatının qanuni baxımdan hansı məna daşıya biləcəyi ilə bağlı sualını şərh edərkən deyib.
Dovlət Departamentindən bildirilib: “Prezidentin son açıqlaması “Xarici Dövlət Toxunulmazlığı” Qanunu ilə tənzimlənən ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren immunitetinə təsir etmək məqsədi daşımayıb”.
Xatırladaq ki, C.Bayden 1915-ci il Osmanlı hadisələri ilə bağlı çıxışı zamanı "soyqırımı" sözündən istifadə edib.