Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun zəfərləri, möhtəşəm Şuşa Qələbəsi ölkəmizdə ümumxalq qalibiyyət ruhunu, bayram ovqatını dəfələrlə artırıb. Hər yer dövlət rəmzimiz olan Azərbaycan bayrağı ilə bəzədilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının Azərbaycan bayrağı ilə bəzədilməsi də bu əlamətdar tarixi günlərdə xalqımızın Qələbə ruhuna uyğun gözəl, füsünkar bir görüntü yaradıb. Paytaxtın mərkəzi hissəsində yerləşən binada qurulmuş və ümumən ərazinin simasına yeni bir gözəllik qatan bu mənzərə həm gündüz, həm gecə vaxtlarında şəhərin müxtəlif yerlərindən diqqəti cəlb edir.
Əbədi müstəqilliyimizin rəmzi və xalqımızın qalibiyyət və yenilməzlik simvolu olan bayrağımız həmişə ucalarda dalğalansın!