«Ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir».
İlham Əliyev müşavirə keçirdi, vəziyyəti açıqladı - İRADLAR SƏSLƏNDİRDİ - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev 2023-cü ilin 6 ayının nəticələrinə həsr olunmuş müşavirədə Gədəbəy rayonundakı qızıl yataqları yaxınlığında salınan süni gölün yaradılması, bununla bağlı əhalinin etirazı və bu məsələ ətrafında baş verən hadisələrə münasibət bildirərkən qeyd edib.
Dövlət başçısı baş verənlərdə sözügedən ərazidə çalışan xarici şirkəti, bu sahəyə nəzarət etməli olan Ekologiya Nazirliyini, eləcə də vəziyyətdən istifadə edərək vəziyyəti gərginləşdirmək istəyən qüvvələri ittiham edib.