Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 394,802 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,996 milyon manat və ya 19,7% çoxdur.
FED.az xəbər verir ki,DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 10,787 milyon manat və yaxud 12,55% artaraq 96,723 milyon manat olub.
Eləcə də bax: Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində - SAHİBKARLARLA GÖRÜŞÜB - MÜŞAVİRƏ
ƏDV üzrə daxilolmalar 52,066 milyon manat və yaxud 23,6% artaraq 272,302 milyon manat, aksizlər 2,206 milyon manat və yaxud 11% artaraq 22,255 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 64 min manat və yaxud 1,8% azalaraq 3,522 milyon manat təşkil edib.
Report