«Dəyişikliklər olacaq, nəzarət sərtləşəcək»- AÇIQLAMA
22:396 May 2018
Azərbaycanın vergi qanunvericiliyinə dəyişikliklər hazırlanır. Yeniliklərin 2019-cu ildən tətbiq edilməsi gözlənilir. FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov bildirib. Eləcə də bax: Mikayıl Cabbarov: “Belələri ilə qanunla danışacağıq"
N.İmanov qeyd edib ki, 2017-ci ildə vergi qanunvericiliyində dəyişiklik həyata keçirilməyib: “2016-cı ilin dekabr ayında böyük bir paket dəyişilkliklər olub. Böyük dəyişiklikdən sonra ən azı 1 il gözləmək lazımdır ki, bu, öz effektini göstərsin. Əlbəttə qanunvericiliyin tez-tez dəyişməsi məqsədimiz deyil. Ancaq qanunvericilikdə olan müəyyən qaydaların dəyişilməsi uyğunlaşma xarakterlidir. 2018-ci il üçün dəyişiklik olmasa da 2019-cu il üçün dəyişiklik paketi hazırlanıb. Eləcə də bax: "Gəlin, gizlən-paç oynamayaq" - VERGİLƏR NAZİRİ
Qarşıda duran bu məqsədlərə çatmaq üçün şəffaf mühitin olması zərurudir. Dövlət orqanı və sahibkar arasıda ədalətlilik prinsipi olmalıdır. Vergi nəzarətinin sahibkar tərəfindən bəyan edilməsi əsas məqsəddir. Məhz bu məqsədlə də bir neçə normativ sənədlər təsdiq olunub. Əldə edilmiş gəlir və xərclərin uçotunun aparılması, elektron- qaimə fakturaların tətbiqi artıq oz effektini göstərir. Sahibkarlar artıq anlayırlar ki, vergini yayındırmaq olmaz”.
Bundan başqa, N.İmanovun sözlərinə görə, Azərbaycanda uçotun təkmilləşdirilməsi Vergilər Nazirliyinin əsas məqsədlərindən biridir: “Bu il vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından tədbirlər həyata keçiriləcək. Həmçinin vergi nəzarətinin sərtləşdirilməsi nəzərdə tutulur. Sahibkarlar vergi öhdəliklərini düzgün yerinə yetirmədikdə sanksiyalarla üzləşəcək" (apa.az, report.az).