Özbəkistanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammiti keçirilir.
FED.az xəbər verir ki, 1992-ci ilin noyabrından təşkilata üzv olan Özbəkistan ilk dəfə İƏT çərçivəsində çoxtərəfli sammitə ev sahibliyi edir.
Sammitdə təşkilata üzv 10 ölkənin rəhbərləri və yüksək səviyyəli rəsmiləri iştirak edir.
Qeyd edək ki, İran, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistan prezidentləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün Daşkənddədirlər.
***
Azərbaycan Prezidenti İlham Əliyev sammitin keçirildiyi Daşkənd Şəhər Konqres Mərkəzinə gəlib.
Azərbaycan dövlət başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb.