Azərbaycan Milli Məclisinin deputatlarının maaşı artırılır.
Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 21-ci maddəsinə dəyişiklik ediləcək.
Dəyişikliyə görə, Azərbaycan Milli Məclisinin deputatlarının maaşı 10 faiz artırılacaq.
Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır.
Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.
Qanun layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək iclasında müzakirə ediləcək.