Milli Məclisin və onun aparatının 2019-cu il üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində təsdiq ediləcək.
FED.az xəbər verir ki, bu haqda parlamentin 2019-cu il üçün xərclər smetası haqqında layihədə qeyd olunub.
Qeyd edək ki, bu məbləğin 2 milyon 688 min 360 manatı Milli Məclisin deputatlarının əməkhaqqına sərf ediləcək.