Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi video-konfrans vasitəsi ilə onlayn iclas keçirib.
Eləcə də bax: Azərbaycanda evdən icazəsiz çıxmaq qadağan edilir - YENİ QADAĞALAR - SİYAHI
FED.az xəbər verir ki, iclasın əvvəlində komitə sədri Tahir Mirkişili bildirib ki, pandemiya şəraitində iclasların innovativ üsullarla keçirilməsi artıq şərtdir. Milli Məclis rəhbərliyinə bu imkanı yaratdığı üçün təşəkkür edən komitə sədri komitənin üzvlərinə də qısa müddətdə bu təşəbbüsü dəstəklədiklərinə və onlayn iclasda aktiv iştirak etdiklərinə görə təşəkkür edib.
Qeyd edək ki, iclasın gündəliyinə aşağıdakı 8 məsələ daxil edilib.
Bunlar Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında”, “Nəqliyyat haqqında”, “Aviasiya haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Dəniz limanları haqqında", Mülki Məcəllədə və Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Torpaq icarəsi haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə, Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Banklar haqqında” və “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" , Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri- hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik, “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və“Yeyinti məhsulları haqqında” qanunlarında və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə edilib.
Müzakirələrdən sonra sənədlərin Milli Məclisin plenar iclasında müzakirəsi məqsədə uyğun hesab edilib.