Milli Məclisin bu gün keçirilən iclasında “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
FED.az xəbər verir ki, “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin, daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edəcək.
Layihəyə əsasən, daxili qoşunlarda mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Layihəyə əsasən, daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilir.
Bu Qanun qüvvəyə mindiyi gündən "Daxili qoşunların statusu haqqında" qanun ləğv ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.










