Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətləri başçının müavini Vüqar Xanlar oğlu Məmmədova həvalə olunub.
Prezident icra başçısını işdən azad etdi - SƏRƏNCAM
FED.az xəbər verir ki, üç il öncə başçının müavini təyin olunan V.Məmmədov, həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.
Xatırladaq ki, 2 gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutduğu vəzifədən azad olunub. O, 2011-ci ilin fevralından bu vəzifədə çalışıb. (Report)